“Azərbaycanla oyunda futbolçularımıza inanıram”
25.08.2011 - 12:14
“Yığma karyeramı bitirsəm də, qarşıdakı görüşləri hökmən izləyəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan milli komandasının sabiq futbolçusu Samat Smakov deyib.
Yığma karyerasını bitirən sabiq kapitan sentyabrın 6-da keçiriləcək Avro-2012-nin seçmə mərhələsinin Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. Smakov həmyerlilərinin Azərbaycan yığması ilə layiqli oyun göstərməyə çalışacağına əmindir: “Azərbaycan və Türkiyə ilə qarşılaşmalarda futbolçularımıza azarkeşlik edəcəyəm. Hazırda ölkəmizin ən yaxşı futbolçuları yığmada toplaşıb. İnanıram ki, qarşıdakı matçlarda onlar layiqli oyun göstərmək üçün əllərindən gələni edəcək”.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0