“Bakı”nın rekordçusu “Real Sosyedad”a keçdi
25.08.2011 - 12:25
“Bakı”nın rekordçusu “Real Sosyedad”a keçdi
“Bakı” klubunun sabiq futbolçusu Fernando Peres özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı argentinalı hücumçu karyerasını İspaniya Sequndasında davam etdirəcək.

Peres bu ölkənin II dəstəsində mübarizə aparan “Real Sosyedad Gimnastika de Torrelaveqa” klubu ilə anlaşıb.

Qeyd edək ki, Peres “Bakı”nın tarixinə rekordları ilə düşüb. O, 5 il oynadığı komandada ən çox qol vuran (40) və ən çox oyun keçirən (99) legionerdir.