“Fənərbaxça” apelyasiya şikayəti verdi
25.08.2011 - 12:37
“Fənərbaxça” rəhbərliyi Çempionlar Liqasından kənarlaşdırılması qərarı ilə barışa bilmir. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər” barələrində çıxarılan qərarla bağlı Türkiyə Futbol Federasiyasının (TTF) Apelyasiya Komitəsinə şikayət edib.
Apelyasiya şikayəti ilə TTF-ə müraciət edən klubun vəkili Haluk Burcuoğlu bildirib ki, qərar düzgün deyil: “Bu qərarın hüquqi əlaqəsi yoxdur. TTF-in “Fənərbaxça”nı Çempionlar Liqasından kənarlaşdırmağa haqqı çatmır. Hüquqlarımızı hər yerdə axtaracağıq. “Fənər”in kim olduğunu hamı görəcək. Federasiyamızın müstəqil olduğunu bilsək də, bu belə deyilmiş”.
“Fənərbaxça”nın rəsmi saytı isə apelyasiya şikayətinə tez bir zamanda – Çempionlar Liqasının bu gün baş tutacaq püşkatmasına kimi baxılacağına ümid etdiklərini yazıb.
Qeyd edək ki, TFF-in qərarı ilə “Fənərbaxça”nı Çempionlar Liqasında “Trabzonspor” əvəzləyib.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0