“Azərbaycanda böyük şok yaşadım”
25.08.2011 - 13:15
“Azərbaycanda olduğum vaxt böyük mədəniyyət şoku yaşadım. Bunu özüm üçün yad – İslam dininin təzahüründə gördüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq futbolçusu Fernando Peres deyib.
Argentinalı hücumçu İspaniya mətbuatına verdiyi müsahibədə vaxtilə oynadığı ölkələri müqayisə edərək, Azərbaycan haqda da danışıb: “Paltardəyişmə otağında futbolçuların yerə xalça salıb, ibadət etməsini görməyə dəyərdi. Və ya qəbiristanlığın yanından keçəndə görürsən ki, bir yığın insan dayanıb: arasında ağlayanı da var, şirin-şirin söhbət edəni də. Orada yaşayanlar çox fərqlidirlər”.
Ölkəmizdə 5 il top qovan Peres bu müddətdə inkişafa şahid olduğunu da bildirib: “Azərbaycanda futbolun səviyyəsi durmadan inkişaf edir. Məsələn, təxminən 8 il əvvəl mən ora gedəndə komandalar avrokubokların I mərhələsində oynayırdılar. Bizim komanda da ilk səddə ilişdi. Amma sonradan artıq III mərhələdə oynayırdıq. Klublar günü-gündən rəqabətə davamlı olurdular. Rusiyadan ayrılan ölkələrin əksəriyyətində eyni proses yaşanır: uzun illər zəif olan futbol gəlmə oyunçu və məşqçilərin sayəsində inkişaf etdirilir. Argentinada daim 100 faiz formada olmalısan ki, meydana çıxasan. Azərbaycanda isə bu prinsip heç də həmişə işləmir. Bəzən başqa ölkələrdən aşağı səviyyəli futbolçular da gətirilir”.
Fernando 2 il əvvəl Avroliqanın “Bazel”lə oyununda (1:3) vurduğu qolu karyerasının ən yüksək nöqtələrindən biri sayır: “Avropaya üz tutmağım – Azərbaycan və Macarıstanda çıxış etməyim maliyyə məsələləri ilə bağlı idi. Lakin ən böyük təcrübəni Azərbaycanda qazandım. Orada daha çox qol vururdum, bu da daha sürətli oynamağımla bağlı idi. Çempionlar Liqasında oynamaq isə lap böyük təcrübə oldu. Avrokuboklarda hətta “Bazel” kimi səviyyəli kluba qarşı da oynadım”.

0
0