Aykut Kocaman: Baş verənlərdən sonra “Fənərbaxça”da qalmaram
25.08.2011 - 13:37
“Artıq mən vəzifəni daşımaram. Baş məşqçi postunu buraxıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocaman deyib. Türkiyə çempionu ölkə futbol federasiyasının qərarı ilə Çempionlar Liqasına buraxılmadıqdan dərhal sonra gənc çalışdırıcı istefa verməyi qərara aldı. Bunu istəməyən “Fənər”in rəhbərliyi Kocamanı razı salmağa çalışır. Onlar qərardan çox üzülən baş məşqçinin sakitləşdirməyə çalışsalar da, buna nail ola bilmirlər: “Baş verənlərdən sonra burada qalmaram. Hər şeydən önəmlisi bu işi, yəni baş məşqçiliyi görmərəm. Bunun üçün vəzifəmdən istefa verirəm”.
0
0