“Rəvan”ın yeni saytı istifadəyə verildi
25.08.2011 - 14:01
“Rəvan”ın yeni saytı istifadəyə verildi
Azərbaycan Premyer Liqasının debütantı olan "Rəvan" klubunun yeni saytı istifadəyə verilib. Apasport.az saytının məlumatına görə, Bakını təmsilçisi haqda ən son məlumatları revanfc.az ünvanından əldə etmək olar. 2009-cu ildən yaradılan “Rəvan” ötən mövsüm I divizionda gümüş medal qazanaraq, Premyer Liqaya yüksəlib.