“Qarabağ” Ağdama yollandı
25.08.2011 - 14:25
“Qarabağ” klubu Ağdama yollanıb. Apasport.az saytının məlumatına görə, avqustun 27-də Qəbələnin eyniadlı klubunu qəbul edəcək komanda bu gün səhər saat 11:00-də Quzanlı qəsəbəsinə yola düşüb. Yola düşən futbolçular arasında Zaur Həşimov, Vüqar Nadirov, Emin İmaməliyev və Nderim Nedzipi yoxdur. Əvəzində çempionatın startını buraxan Rəşad Sadiqov və Maksim Medvedev komandayla birgə Ağdama yola düşüb. Komanda bu axşam Olimpiya kompleksinin stadionunda “Qəbələ”ylə matç öncəsi sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu avqustun 27-də keçiriləcək və saat 17:30-da başlayacaq.
Mənbə: qarabagh.com
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu avqustun 27-də keçiriləcək və saat 17:30-da başlayacaq.
Mənbə: qarabagh.com
0
0