“Anji” Azərbaycan yığmasının sabiq kapitanını verməklə, bizə kömək etdi”
25.08.2011 - 14:38
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin Rusiyanın “Daqdizel” klubuna keçidinin detalları məlum olub. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda futbolçu karyerasını bitirən 38 yaşlı həmyerlimiz uzun illər oynadığı “Anji”yə qayıtdı və idman direktoru postunu tutdu. Ancaq Ağayev hələ cari mövsümün əvvəlində II divizion klubu “Daqdizel”in baş məşqçisi postuna keçdi.
Dərbənd klubunun baş direktoru, Dağıstan Futbol İttifaqının vitse-prezidenti Omar Maqomedovun sözlərinə görə, məşqçimizin gəlişi “Anji” ilə sıx əməkdaşlıqlarının nəticəsidir: “Anji” tərəfindən diqqətin yoxluğuna görə gileylənə bilmərik. Bu komandadan bizə 2 futbolçu verdilər ki, onlar heyətimizi yetərincə gücləndirəcəklər. Bizə həmçinin baş məşqçi ilə bağlı kömək etdilər. İndi “Daqdizel”ə “Anji”nin sabiq futbolçusu, Azərbaycan milli komandasının keçmiş kapitanı Emin Ağayev başçılıq edir. O, Ali Məşqçilər Məktəbinin yetirməsidir. Ağayev bunadək “Anji”də Hacı Hacıyevin məşqçilər ştabına daxil idi”.
Qeyd edək ki, “Daqdizel” Ağayevin rəhbərliyi altında son oyunlarda uğurla çıxış edir.

0
0