Uinston Parks milli komandaya çağırıldı
26.08.2011 - 11:38
“Bakı”nın daha bir futbolçusu milli komandasına dəvət edilib. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar”ın mövsümlərarası fasilədə transferi etdikləri Uinston Parks uzun fasilədən sonra Kosta-Rika yığmasına çağırılıb.
Belə ki, Kosta-Rika Futbol Federasiyasından “Bakı” klubuna daxil olan faksda Parksın avqustun sonlarından yığmanın düşərgəsində olması vurğulanıb.
Bununla da Parks ABŞ və Ekvador yığmalarına qarşı forma geyinmək şansı qazanıb. Kosta-Rika millisi sentyabrın 2-də ABŞ-la, bundan 4 gün sonra isə Ekvadorla qarşılaşacaq.
Futbolçu Premyer Liqanın IV turunun “Kəpəz”lə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan sonra vətəninə yola düşəcək.
Parks milli komandanın heyətində 2001-ci ildə debüt edib. 30 yaşlı forvard bu müddət ərzində keçirdiyi 28 rəsmi oyunda 6 dəfə fərqlənib. 2010-cu ildən Azərbaycanda çıxış edən Parks cari mövsümdən etibarən "Xəzər Lənkəran"ı "Bakı"ya dəyişib. Amma paytaxt komandasının heyətində rəsmi oyunlarda qol vura bilməyib.
Qeyd edək ki, Parks ölkəmizdə oynadığı müddətdə milliyə ilk dəfədir çağırılır.

0
0