İlk dəfə Ağdamda və ya 2 həftəlik tənəffüsün astanasında
26.08.2011 - 11:51
Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, futbolçuları milli komandanın heyətinə yollanan “Sumqayıt Şəhər”in “İnter”lə görüşü təxirə salındığından, turun bütün oyunları baş tutmayacaq.
Turnir cədvəlinin lideri “Xəzər Lənkəran” yenidən Bakıya səfər edib. Cənub təmsilçisi bu dəfə qəsəbə stadionunda meydana çıxacaq. II turda Şüvəlanda AZAL-a böyük hesabla qalib gələn (3:0) “ağ-yaşıllar” Mərdəkanda “Rəvan”ın qonağı olacaq. Mirça Rednikin çalışdırdığı komandanın qələbə seriyasını 1 xalı olan debütantla görüşdə də davam etdirəcəyi real görünür. “Xəzər Lənkəran” hətta heç-heçə edərsə, yığmaların oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq 2 həftəlik fasiləyə lider kimi yollanacaq.
Lənkəran klubunun ən yaxın izləyiciləri “Qarabağ”la “Neftçi”nin oyunları turun mərkəzi görüşləri sayıla bilər. Bu mənada xüsusilə “Qarabağ” – “Qəbələ” matçını qeyd etməliyik. “Qarabağ” ötən mövsüm ev oyunlarını Bakıda keçirdiyindən, əfsanəvi futbolçu Toni Adams ilk dəfə Ağdama yollanıb. “Qəbələ”nin ingilis çalışdırıcısı ciddi sınaq qarşısında olacaq. O, ötən tur AZAL-la görüşdə idmançıya yaraşmayan hərəkətə görə meydandan qovulan kapitanı Mahir Şükürovun xidmətindən bir müddət yararlana bilməyəcək. “Qarabağ” da isə zədəlilər daha çox olduğundan, heyətlə bağlı problemləri daha böyükdür.
“Neftçi” ötən mövsüm uğur qazandığı məkanda oynayacaq. “Ağ-qaralar” son çempionluğunu məhz AZAL-la Şüvəlandakı matçda qazandığı qələbə (3:1) ilə bayram etmişdi. İndi komandalar 3 aydan sonra həmin arenada yenidən görüşəcəklər. Hələ ki qol buraxmayan “Neftçi” növbəti qələbəsini qazanacağı halda, yüz faizli seriyasını davam etdirəcək. AZAL-a isə qələbə çempionu qabaqlamaq imkanı yaradacaq.
“Neftçi” ilə “Qarabağ”ın ən yaxın izləyicisi olan “Bakı” rəqiblərinin bu tur xal itirməsinin mümkün olduğunu nəzərə alaraq, növbəti qələbəyə daha da iddialıdır. Bu halda “zolaqlılar” turnir cədvəlində daha 2 pillə irəliləyərək, fasiləyə 2-ci pillədə yollanacaq. Onun rəqibi “Kəpəz” mövsümə əzmkar qələbə ilə başlasa da, sonrakı 2 oyunda uduzub.
27 avqust
17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu
18:00. “Bakı” – “Kəpəz”
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
19:00. AZAL – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
20:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev
Bakı. Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionu
28 avqust
“Turan” – “Simurq”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Tovuz. Şəhər stadionu
Bombardirlər: Ceyhun Sultanov (Gəncə), Emeka Opara (Xəzər Lənkəran), bahodir Nasimov (Neftçi) - 3
Mehman SÜLEYMANOV

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
|---|---|---|---|---|---|---|
| Xəzər Lənkəran | 3 | 3 | 0 | 0 | 8-2 | 9 |
| Neftçi | 2 | 2 | 0 | 0 | 5-0 | 6 |
| Qarabağ | 2 | 2 | 0 | 0 | 3-1 | 6 |
| Qəbələ | 3 | 1 | 2 | 0 | 3-2 | 5 |
| AZAL | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
| Turan | 3 | 1 | 0 | 2 | 4-5 | 3 |
| Kəpəz | 3 | 1 | 0 | 2 | 5-7 | 3 |
| Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
| Simurq | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
| Rəvan | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |
| Sumqayıt Şəhər | 3 | 0 | 0 | 3 | 2-8 | 0 |

0
0