Nurlan Novruzov şans gözləyir
26.08.2011 - 12:08
“Kəpəz”lə qarşılaşmaya ciddi hazırlaşırıq. Hər oyun olduğu kimi bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın hücumçusu Nurlan Novruzov deyib.
“İnter” – “Bakı” görüşündə qalmaqalın qurbanı klubunun rəsmi saytına açıqlamasında bildirib ki, Premyer Liqanın 4-cü turunda “Kəpəz”lə matçda yenidən meydanda olmaq istəyir: “Baş məşqçimiz Aleksandr Starkova minnətdarlığımı bildirirəm ki, son iki oyunda mənə etimad göstərib, mübarizə aparmaq şansı verdi. O, bizə inanır və bu amil bir gənc futbolçu kimi mənə əlavə güc və stimul verir. Baş məşqçimizdən yenə şans gözləyirəm. “Kəpəz”lə oyunda meydana çıxsam, onun ümidlərini doğrultmaq və komandama xeyr vermək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Bakı”- “Kəpəz” matçı avqustun 27-də keçiriləcək.

0
0