Aleksandr Starkov: “Kəpəz” nə “Simurq”dur, nə də “İnter”
26.08.2011 - 12:18
“Simurq”la uğursuz görüşdən sonra komandada gərginlik var idi. “İnter”lə oyundan sonra bu mənfi amil aradan qalxdı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandada gərginliyin yaranma səbəblərinə də aydınlıq gətirib: “Mən bir məşqçi kimi eyforiya anları və gərginlikdə kimin özünü necə hiss elədiyini müşahidə edirəm. Elvin Əliyev, İbrahim Karqbo və yaxud Uinston Parksı deyə bilmərəm, ancaq mənim yaxşı tanıdığım futbolçular, məsələn, Maris Verpakovski barədə müəyyən fikirlər söyləyə bilərəm. Biz komanda olaraq, bu insanların bir-birləri ilə vəhdət təşkil etməsinə çalışırıq. Kollektivdə əhval-ruhiyyə yüksəlib. Kimin yaxşı və yaxud pis oynaması söhbət mövzusu deyil. Bizim oyunumuz hələ çiydir. Futbolçularımız arasında əlaqə zəifdir”.
Starkov avqustun 27-də baş tutacaq “Bakı” – “Kəpəz” matçına da münasibət bildirib: “Növbəti oyunumuza ciddi hazırlaşırıq. “Kəpəz” nə “Simurq”, nə də “İnter” deyil. Bu, özünəməxsus bir futbol oynayan komandadır. Biz onların oyunlarını izləyib, analiz edirik. Zəif və güclü tərəflərini öyrənirik. Bununla belə əsas məsələ bizim futbolçuların necə oynamasıdır. Xətlər arasındakı rabitə, xüsusən də, hücumçularımızın anlaşması üçün hələ çox işləməliyik”.
O bildirib ki, heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz: “Hələ çox oyunlarda sürprizlər ola bilər. Biz buna hazır olmalıyıq. Hər bir oyuna maksimum diqqətlə çıxmalıyıq. İstəməzdim ki, sürpriz nəticələr bizim oyunlara təsadüf etsin. Öz oyunumuzla bunun qarşısını almalıyıq. “Kəpəz”lə oyuna qələbə üçün çıxırıq. Bunun məsuliyyətini anlamaq lazımdır.

0
0