Arda Turan Avropada ən populyar futbolçulardan biri sayıldı
26.08.2011 - 12:39
Arda Turan Avropada ən populyar futbolçulardan biri sayıldı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropanın ən populyar oyunçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in bolqar hücumçusu Dimitar Berbatov qitənin ən məşhur futbolçusudur.

Maraqlıdır ki, dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldonun milyonlarla pərəstişkarı olsa da, Madrid “Real”ının portuqaliyalı hücumçusu açıqlanan siyahıda yalnız 2-cidir. Yaxında Madrid “Atletiko”suna keçən Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan ilk “üçlüyü” qapayır.