“Barselona” 4-cü dəfə Superkuboka qovuşdu
27.08.2011 - 00:36
“Barselona” 4-cü dəfə Superkuboka qovuşdu
UEFA Superkuboku uğrunda 37-ci oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Monakoda ənənəvi keçirilən həlledici görüşdə bu dəfə Çempionlar Liqasının qalibi “Barselona” ilə Avroliqanı qazanan “Porto” üzləşib.

İndiyədək 7 dəfə Superkubok oyununa çıxıb və bunun 3-də kuboku muzeyinə aparan “Barsa” bu dəfə də sevinən tərəf olub. Portuqaliyalılar yalnız ilk qoladək müqavimət göstərə bilib. Lionel Messiyə topu “hədiyyə” edən “Porto” müdafiəçiləri hesabın açılmasında elə özləri səbəbkar olub. Bundan sonra kataloniyalıların şousunu izləyən Avroliqanın son qalibi matçın sonunda daha 3 zərbə alıb. Bunların biri qol olubsa, digər 2-si qırmızı vərəqə olub. Bu üzdən də Porto təmsilçisi matçı 9 nəfərlə bitirib.

26 avqust

“Barselona” (İspaniya) – “Porto” (Portuqaliya) - 2:0
QOLLAR: Messi, 39; Sesk Fabreqas, 87
Monako. “II Lui” stadionu