Aleksandr Starkov “Qəbələ”nin qapıçısına dəvət göndərdi
26.08.2011 - 16:20
Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunu da çalışdıran Aleksandr Starkov işlədiyi yığmanın qarşıdakı oyunlarına çağıracağı heyəti müəyyənləşdirib.
O, sentyabrın 2-də Gürcüstanla səfər, 6-da Yunanıstanla ev oyunlarında Azərbaycan Premyer Liqasının futbolçularına da güvənəcək.
Bunlardan biri Pavel Doroşevdir. O, 3 ildir çıxış etdiyi “Qəbələ”də oynadığı vaxt ilk dəfə yığmaya dəvət alıb. Onunla yanaşı, “Bakı”da çıxış edən Denis İvanov və Maris Verpakovskis də qarşıdakı oyunlarda iştirak edə bilər. AZAL-dan ayrılandan sonra hələ də klubsuz olan Ritus Krjauklis də dəvətlilər arasındadır.

0
0