Sxadadze üçün 2 gürcü klubu
26.08.2011 - 16:36
Gürcüstanda təlim-məşq toplanışında olan “İnter”in yoxlama matçlarında qarşılaşacaqları rəqiblər müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” toplanış çərçivəsində avqustun 31-də Gürcüstanın güclülər dəstəsində mübarizə aparan “Dila” (Qori) ilə üz-üzə gələcək.
Sentyabrın 3-də isə Kaxaber Sxadadzenin yetirmələri yerli “VİT Corciya” ilə qarşılaşacaqlar. Bu komanda da yüksək divizionda çıxış edir.
Qeyd edək ki, görüşlərin başlanma vaxtı hələ dəqiqləşməyib.
Sentyabrın 3-də isə Kaxaber Sxadadzenin yetirmələri yerli “VİT Corciya” ilə qarşılaşacaqlar. Bu komanda da yüksək divizionda çıxış edir.
Qeyd edək ki, görüşlərin başlanma vaxtı hələ dəqiqləşməyib.
0
0