AFFA-dan daha bir futbol meydançası - FOTOSESSİYA
26.08.2011 - 16:58
AFFA-nın süni örtüklü meydançalarla bağlı layihəsi davam edir. Apasport.az saytının məlumatına görə, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq, yeniyetmə və gənclərin futbolla məşğul olmasına daha yaxşı şərait yaradılması məqsədilə AFFA prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar quraşdırılaraq təmənnasız şəkildə uşaqların ixtiyarına verilir. Bu layihə çərçivəsində AFFA tərəfindən belə meydançalardan biri də Bakı şəhəri, Səbayel rayonu, Xaqani küçəsi, 46 ünvanında quraşdırılıb.
0
0