Azərbaycan – Qazaxıstan matçının hakimləri müəyyənləşdi
26.08.2011 - 17:20
Azərbaycan – Qazaxıstan matçının hakimləri müəyyənləşdi
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Qazaxıstanla keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü danimarkalı Anders Hermansenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.

Ona Martin Vulf, Anders Norrestrand və Kenn Pii Hansen yardımçı olacaq. Hakimlərin işinə hollandiyalı hakim-inspektor Marinus Koopman qiymət verəcək. UEFA nümayəndəsi Bosniya və Herseqovinadan Velid İmamoviç təyin olunub