Milli komandalar “Bakı”nın planlarını pozdu
26.08.2011 - 21:13
“Bakı” klubunun planları pozulub. Apasport.az saytının məlumatına görə, müxtəlif milli komandalar paytaxt təmsilçisinin planlarına təsir edib.
Belə ki, Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsindəki görüşləri ilə əlaqədar çempionatda 13 günlük fasilə yaranacaq. “Zolaqlılar” bu fürsətdən yararlanıb, ölkə xaricinə yollanıb, yoxlama görüşləri keçirməyi planlaşdırdı. Amma indiki vəziyyətdə "Bakı" həmin planları həyata keçirmək üçün futbolçu tapa bilmir.
İş ondadır ki, "Bakı"nın gözlədiyindən daha çox futbolçusu milli komandalara çağırılıb. Vadim Borets, Aleksey Savinov, Uinston Parks gözlənilmədiyi halda dəvət alıblar. Milli komandaya gedənləri və zədəli olan futbolçuları çıxsaq, komandanın heyətində 11-12 futbolçu qalacaq ki, bu heyətlə yoxlama görüşü də keçirmək mümkün deyil.
Qeyd edək ki, futbolçularla yanaşı, Aleksandr Starkov da millisinin düşərgəsində olacaq. Starkov “Bakı” ilə yanaşı, Latviya yığmasına da rəhbərlik edir.

0
0