“Real”ın futbolçuları Türkiyə yığmasına çağırılmadı
26.08.2011 - 18:03
Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində rəqibi olan Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı baş məşqçi sentyabrın 2-də Qazaxıstanla ev, 4 gün sonra Avstriya ilə səfər oyununa 24 futbolçu çağırıb.
Bunlar Sinan Bolat, Tolqa Zəngin, Burak Yılmaz, Volkan Dəmirəl, Gökhan Gönül, Sərdar Kesimal, Səlçuk Şahin, Əmrə Bəlözoğlu, Kazım Kazım, Sabri Sarıoğlu, Gökhan Zan, Sərvət Çətin, Hakan Balta, Çağlar Birinci, Səlçuk İnan, Egemen Korkmaz, İsmail Köybaşı, Mehmet Ekici, Tunay Torun, Mehmet Topal, Arda Turan, Gökhan Törə, Cenk Tosun, Umut Bulutdur.
Hiddink Tuncay Şanlı, Nuri Şahin, Həmit Altıntop kimi aparıcı futbolçular yığmadan kənarda qoyub. Uzun müddətdir oynamayan Tuncay özünə yeni klub taparaq, “Bolton”a keçibsə, yayda Almaniyanı Madrid “Real”ına dəyişən Şahinlə Altıntopun zədə problemi var.

0
0