“Barselona”da yeni rekordçu
27.08.2011 - 10:20
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Porto” üzərində qazanılan qələbə (2:0) sayəsində əldə olunan UEFA Superkuboku 40 yaşlı mütəxəssisin bu postda 12-ci titulu olub.
2008-ci ildən komandasını çıxardığı 15 müxtəlif turnirin yalnız 3-də qalib ola bilməyən Qvardiola “Barselona” tarixinin ən uğurlu məşqçisidir. Ona qədər kluba ən çox titul qazandıran məşqçi əfsanəvi Yohan Kroyff idi. Hollandiyalı ilə 11 mükafat qazanılmışdı.
Qeyd edək ki, Qvardiola 3 dəfə İspaniya çempionatı, 1 dəfə İspaniya kuboku, 3 dəfə İspaniya Superkuboku, 2 dəfə Çempionlar Liqası, 2 dəfə UEFA Superkuboku, 1 dəfə klublararası dünya çempionatında qələbənin memarı olub. O, yalnız 2 ölkə kuboku və 1 Çempionlar Liqasında məğlub durumda olub.

0
0