AZAL “qol maşını” ilə anlaşdı
27.08.2011 - 11:20
AZAL “qol maşını” ilə anlaşdı
Hücum xəttini gücləndirməyə çalışan AZAL Georgi Boqyu ilə müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, moldovalı hücumçu qarşıdakı 2 mövsümü “təyyarəçilər”in heyətində keçirəcək.

Transferin baş tutması üçün futbolçunun klubuna da müəyyən məbləğdə pul ödənib. Çünki oyunçunun klubu ilə müqaviləsi var idi. Artıq futbolçunun adı PFL-ə təqdim edilən iştirak ərizəsinə daxil edilib.

Məlumat üçün qeyd edək ki, Boqyun son mövsümü Moldovanın “Milsami-Ursidos” klubunda keçirib və 30 qol vurub.

30 yaşlı hücumçu karyerası ərzində Moldovanın “Olimpiya”, “Daçiya”, Rusiyanın “Salyut”, “Avanqard”, “Çita”, Rumıniyanın “Otselul”, Qazaxıstanın “Kızılçar” və Özbəkistanın “Nefes” klublarında çıxış edib.