“Tvente”nin prezidenti: Yaxşı ki, Azərbaycan klubu ilə düşmədik
27.08.2011 - 11:49
“Tvente” klubunun prezidenti Yup Munstermann Avroliqanın qrup mərhələsinin püşkatmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisinin rəhbəri İngiltərənin “Fulhem”, Polşanın “Visla” və Danimarka “Odense”si ilə eyni qrupa düşmələrindən razı qalıb.
Munstermann 2 il əvvəl Avroliqanın pley-off mərhələsində “Qarabağ”la oyunları unutmadığına da eyham vurub: “Azarkeşlərimiz üçün bu qənaətbəxş sayılmalıdır. Çünki onlar bu dəfə Azərbaycan və ya Moldovaya səfər etməli olmayacaqlar. Bir sözlə, püşkün texniki tərəfi yaxşıdır. İdman prizmasından yanaşdıqda isə biz çətin qrupa düşmüşük”.
Qeyd edək ki, millimizin futbolçusu Vaqif Cavadovun sabiq klubu olan “Tvente” məhz 2 il əvvəl “Qarabağ”la Avroliqadakı matçlardan sonra hücumçunu transfer etmişdi. Həmin dueldə isə Hollandiyada 3:1 hesabı ilə qalib gələn Enshede təmsilçisi Bakıdan qolsuz heç-heçə ilə qayıtmışdı.

0
0