“Real”ın 47 illik hegemonluğuna son qoyuldu
27.08.2011 - 12:09
“Real”ın 47 illik hegemonluğuna son qoyuldu
“Barselona” əzəli rəqibi “Real”ı arxada qoyub. Apasport.az saytının məlumatına görə, “Porto”nu (Portuqaliya) 2:0 hesabı ilə qalib gəlməklə UEFA Superkubokunu əldə edən kataloniyalılar tarixinin 76-cı rəsmi titulunu qazanıb.

Bununla, “Barselona” “Kral klubu”nu keçməyə müvəffəq olub. Madridlilərin hesabında rəsmi turnirlərdə qazanılan 75 titul var. “Real”ı 1964-cü ildə önə buraxan “Barselona” 47 ildən sonra paytaxt təmsilçisini yenidən keçməyi bacarıb.