“Kəpəz” legionerini qovdu!
27.08.2011 - 12:00
“Kəpəz” legionerini qovdu!
Mövsümlərarası fasilədə “Kəpəz”in heyətinə cəlb edilən Sidney Karqbonun klubdakı ömrü uzun olmayıb. Apasport.az saytının xəbərinə görə, Gəncə təmsilçisi Belçika vətəndaşı olan müdafiəçi ilə yollarını ayırıb.

Buna səbəb 25 yaşlı futbolçunun əyalət klubunun düşərgəsinə zədəli qoşulmasıdır. Düzdür, onunla müqavilə imzalanıb. Ancaq həmin vaxt tibbi müayinədən keçirilməyən Sidneyin sonradan zədəli olduğu və bir müddət oynaya bilməyəcəyi ortaya çıxıb. Nəticədə klub rəhbərliyi ilə görüşən baş məşqçi Mehman Allahverdiyev Karqbo ilə imzalanan müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına nail olub.