“Görüşün sonlarına doğru yorğunluq öz sözünü dedi”
27.08.2011 - 23:37
“Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın IV turunun “Xəzər Lənkəran”la oyunu barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin çalışdırıcısı 1:1 hesabı ilə nəticələnən görüşdən sonra bildirib ki, matçın sonlarında komandası yorğun təsir bağışladı: “İlk hissədəki oyunumuzu qeyd etmək istərdim. Biz yaxşı oynadıq, rəqibə qol imkanı vermədik. İkinci hissədə daha çox qol imkanı qazandıq, lakin uğur qazana bilmədik. Görüşün sonlarına doğru yorğunluq öz sözünü dedi. "Xəzər Lənkəran" ikinci hissədə daha fəal idi”.
0
0