1000 gün sonra, AZAL üçün ilk və yubiley
28.08.2011 - 11:14
AZAL və “Neftçi arasında Bakı derbisindəki qələbə “təyyarəçilər” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Elxan Abdullayevin yetirmələri 3:1 hesabı ilə qalib gələrək ilkə imza atıblar. Belə ki, indiyədək AZAL heç vaxt ağ-qaraları 2 top fərqi ilə uda bilməmişdi. Öz aralarındakı yubiley – 15-ci oyunda 3:1 hesabına sevinən AZAL əvvəlki matçlarda cəmi 2 dəfə sevinən tərəf olmuşdu. Hər iki halda da “Neftçi” 2:1 hesabı ilə məğlub edilmişdi. 2006/07 mövsümündə evdə, 2008/09 mövsümündə isə səfərdə qalib gələn “təyyarəçilər” 2008-ci il noyabrın 30-dan rəqibinə qalib gəlmirdi. 1000 gündən sonra qazanılan qələbə zamanı vurulan sonuncu qol isə yubiley xarakteri daşıyıb. Elşən Məmmədovun matçdakı sonuncu qolu AZAL-ın “Neftçi”nin qapısından keçirdiyi 10-cu top olub.
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0