Qol vurmağı unudan komanda
28.08.2011 - 13:00
“Bakı” klubunun uğursuz seriyası davam edir. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri qol vurmağı unudub. Cari mövsüm artıq 4 oyundur rəqib qapısına yol tapa bilməyən bakılıların bu uğursuz seriyası hələ ötən mövsümdən başlayıb.
Düzdür, hazırki turnir cədvəlində “Bakı”nın hesabında 3 qol var. Lakin onlar “İnter”ə qol vura bilmədikləri qarşılaşma üçün texniki qələbə alaraq bu 3 topa sahib çıxıb. Bu matçdan başqa “Simurq”, “Qəbələ” və “Kəpəz”lə görüşlərdə də Starkovu qolla sevindirən tapılmayıb. Bu azmış kimi ötən mövsümün “Xəzər Lənkəran” və “İnter”lə son 2 matçında da “Bakı” qol vurmadan məğlub olmuşdu.
Bakılılar son qolunu ötən mövsümün 30-cu turunun AZAL-la matçında vurub. Həmin vaxt 2:1 hesabına sevinən zolaqlılar 79-cu dəqiqədə Vyaçeslav Sofroni ilə qələbə qazanmışdı. Onun qolundan sonrakı 6 oyunda isə paytaxtın eyniadlı təmsilçisi rəqib qapısına yol tapa bilmir. Artıq qol həsrəti 93-ə çatan komanda ən azı daha 2 həftə bu qolun intizarında olacaq.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0