90-cı darmadağın, Mehman Allahverdiyev isə 63-ə çatdı
28.08.2011 - 13:51
Premyer Liqanın IV turunun “Bakı” ilə oyunundakı 3:0 hesablı qələbə “Kəpəz” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qərblilər ölkə çempionatının güclülər dəstəsində yubiley – 90-cı böyük hesablı qələbəsini qazanıb. Bu matçadək 89 dəfə rəqiblərini darmadağın edən Gəncə təmsilçisi mövsümdəki ilk uğuru ilə bu rəqəmi yubiley həddinə çatdırıb.
mövsüm Böyük hesablı qələbə
1992 11
1993 6
1993/94 10
1994/95 7
1995/96 9
1996/97 6
1997/98 8
1998/99 12
1999/2000 4
2000/01 2
2001/02 4
2003/04 2
2004/05 2
2005/06 3
2010/11 3
2011/12 1
Cəmi 90
1992, 1993 mövsümlərində qələbələrdə baş məşqçi deyil, futbolçu kimi əməyi olan, 2003/04 mövsümündə qələbə qazanmadan istefa verən Mehman Allahverdiyev 2004/05, 2005/06, 2010/11 mövsümlərindəki zəfərləri kənardan izləyib. Bu isə o deməkdir ki, 90 darmadağından yalnız 27-si istisna olmaqla hamısını Allahverdiyevin yetirmələri qazanıb. Baş məşqçi kimi 63-cü dəfə darmadağına sevinən Allahverdiyev sonuncu dəfə 2001/02 mövsümündə belə uğur qazanmışdı. 2002-ci il aprelin 6-da “Qarabağ-Azərsun”u 3:0 hesabı ilə yenəndən 3430 gün sonra Allahverdiyevin komandası “Bakı”ya eyni tərzdə “dərs keçdi”.
Qeyd edək ki, “Kəpəz” böyük hesablı qələbələrin sayında yalnız “Neftçi”dən geri qalaraq bu göstəricidə Azərbaycanın 2-ci komandasıdır.

0
0