“Ağ-qaralar”ın qapıçısı qərarını verdi
28.08.2011 - 14:09
“Ağ-qaralar”ın qapıçısı qərarını verdi
Dünyanın ən yaxşı qapıçılarından biri sayılan Canluici Buffon uzun illər çıxış etdiyi “Yuventus” klubunu tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper ömrünün sonunadək Turin təmsilçisinə sadiq olacaq. Futbolçunun agenti Buffonun “Mançester Yunayted”, “Mançester Siti” və “Roma” kimi klublara imtina etdiyini bildirib. Onun sözlərinə əsasən qapıçı “ağ-qaralar”a ömür boyu sadiq olaraq heç hara getməyəcək. Buffonun komandasına sadiq qalmaq qərarı ona maraq göstərən iddialı klubların planlarını pozsa da turinli azarkeşləri sevindirib.