Ruslan Abışov “Erebru”da!
28.08.2011 - 15:37
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov şərəfini qoruduğu “Neftçi” klubundan ayrılır. Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını İsveç çempionatında davam etdirəcək.
Belə ki, Ruslan yaxın günlərdə “Erebru” klubunun düşərgəsinə yollanacaq. İsveç təmsilçisinin meneceri dünən futbolçunun oyununu izləmək üçün AZAL – “Neftçi” görüşünə baxıb.
Qeyd edək ki, yaz-payız sistemi ilə keçirilən İsveç çempionatının güclülər dəstəsində çıxış edən “Erebru” 22 oyundan sonra 32 xalla 8-ci pillədə qərarlaşıb.

0
0