Vaqif Cavadovun klubu başsız qaldı
28.08.2011 - 15:43
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu başsız qalıb. Apasport.az saytının məlumatına görə, Nijni Novqorod təmsilçisinin prezidenti Aleksey Qoyxman istefa verib. O, 2009-cu ilin noyabrından “Volqa”da bu postu tutub və nijni novqorodluların 10 illik Premyer Liqa həsrəti onun rəhbərliyi dövründə bitmişdi. Klub prezidenti bu addımı şəxsi biznesinə daha çox vaxt ayırmaq istəyi ilə bağıayıb. Onun xələfinin kim olacağına ayxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Cavadov da məhz Qoyxmanın vaxtında klubun maraq dairəsinə düşərək transfer olunmuşdu.
Qeyd edək ki, Cavadov da məhz Qoyxmanın vaxtında klubun maraq dairəsinə düşərək transfer olunmuşdu.
0
0