Milli komandada 1 həftəyə nə dəyişdi?
28.08.2011 - 16:40
Bu gün 28–29 avqust və 31 avqust – 6 sentyabr tarixlərində Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, hələ bu həftənin əvvəlində yetirmələrini bir araya gətirən baş məşqçi Berti Foqts bir sıra dəyişiklikləri zəruri sayıb. Avqustun 22-24-də paytaxtda hazırlıq keçmək üçün ötən həftə açıqlanan heyətdən 8-i bu dəfə baş məşqçiyə lazım olmayıb.
Bu 8 oyunçudan 3-ü ötən toplanışa çağırılsalar da həmin hazırlıqlara qatılmamışdı. Usim Nduka və Fabio Luis Ramim zədəli olduğundan kənarda qalmışdısa “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev yığmada oynamaqdan imtina etmişdi. Təbii ki, bu 3 futbolçu yığmaya çağırılmayıb. Digərləri isə görünür almaniyalı baş məşqçinin etimadını doğrultmayıb. Bunlar Araz Abdullayev, Arif İsayev, Cavid Hüseynov, Elnur Abdullayev və Əziz Quliyevdir. Əslində Arazdan imtina da başa düşüləndir. Yəqin ki, Foqts onu həmyerlisi Bernard Lippert üçün saxlayıb ki, U-21-ə dəvət edilsin.
Bu oyunçuların əvəzinə milliyə dəvət alan Vaqif Cavadovla Ufuk Budak ötən toplanışa legioner karyerası yaşadıqları üçün çağırılmamışdı. Axı bizim klublardan fərqli avropalılar FİFA pəncərəsinə daxil olmayan vaxtlarda futbolçularını yığmaya buraxmır. Ümumilikdə isə bu 2 futbolçu millidə yeni ad deyil. Foqtsun yeni çağırdığı digər 2 ad isə həqiqətən yenidir. Branimir Subaşiç 201-ci ildə ilk dəfə çağırıldığı komandada əvvəllər xeyli oynayıb və elə kifayət qədər də qol vurub. NAMİQ Yusifov isə millinin debütantıdır. O, hələ oynamadığı komandaya ilk dəfə çağırılır.

0
0