Milli komandada yeni kapitan
28.08.2011 - 17:40
Argentina milli komandasında kapitan dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Alexandro Sabelya kapitan sarğısının sahibini dəyişəcəyini açıqlayıb. O, bildirib ki, bundan sonra komandasının kapitanı “Barselona”nın üzvü Lionel Messi olacaq: “Kapitanla bağlı qərarımı verdim. Bu, cümə günü keçirilən Superkubokdan sonra baş verdi. Həmin oyunda qol vuran futbolçu yeni kapitanımız olacaq”.
Qeyd edək ki, “Porto” ilə Superkubok matçında hesabı açan Messiyə qədər Argentina yığmasının kapitanı digər “Barselona”lı Xavyer Maskerano idi.
Qeyd edək ki, “Porto” ilə Superkubok matçında hesabı açan Messiyə qədər Argentina yığmasının kapitanı digər “Barselona”lı Xavyer Maskerano idi.
0
0