Sergey Yuran: Biz süni meydançada oynamağa alışmışıq
28.08.2011 - 19:38
Sergey Yuran: Biz süni meydançada oynamağa alışmışıq
Futbolçularımın göstərdiyi oyundan razı qaldım. Amma nəticə istədiyimiz kimi olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.

Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının IV turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb: “Bir neçə qol imkanımız oldu. Bu imkanları dəyərləndirə bilmədik. Stadionun ot örtüyü yaxşı vəziyyətdə idi. Ancaq biz süni meydançada oynamağa alışdığımız üçün futbolçularım bir qədər çətinlik çəkdi. “Turan”ı qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, “Turan” ev oyununda 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: pfl.az