“Qarşıdakı oyunlarda seriyamızı davam etdirməyə çalışacağıq”
28.08.2011 - 19:42
“Qarşıdakı oyunlarda seriyamızı davam etdirməyə çalışacağıq”
“Yaxşı oyun nümayiş etdirdik. Üç xal qazandığımız üçün sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

O, “Simurq”la ev oyunundakı 1:0 hesablı qələbədən razı qalıb: “Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Uzun müddətdir ev oyunlarında ardıcıl qələbə qazana bilmirdik. Bu mövsüm evdə keçirdiyimiz hər iki oyunda qələbə qazanmışıq. Gələn oyunlarda da bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq”.

Mənbə: pfl.az