Albaniyalı yarımmüdafiəçidən AZAL üçün tarixi qol
28.08.2011 - 23:04
AZAL klubunun “Neftçi” ilə oyunda vurduğu 2-ci qol tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın 4-cü turunun bu matçında fərqlənən Ervin Bulku klubunun tarixinə düşüb. Belə ki, həmin qol AZAL-ın Premyer Liqadakı ev oyunlarında vurduğu 100-cü qol olub. Yubiley qolunu 85-ci ev matçında vuran bakılılar qol sayını həmin oyunda 101-ə də yüksəltməyi bacarıb.
Qeyd edək ki, AZAL-ın həm güclülər dəstəsində ümumilikdə, həm də evdə ilk qolunu 2005-ci il avqustun 27-də Vidadi Rzayev vurub. O, “Qarabağ”la matçda fərqlənib.
Qeyd edək ki, AZAL-ın həm güclülər dəstəsində ümumilikdə, həm də evdə ilk qolunu 2005-ci il avqustun 27-də Vidadi Rzayev vurub. O, “Qarabağ”la matçda fərqlənib.
0
0