“Kəpəz” tarazlığı pozdu
28.08.2011 - 23:08
“Kəpəz” tarazlığı pozdu
“Kəpəz” klubu üçün Premyer liqanın IV turundakı səfər qələbəsi yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bakı”nı rəqib meydanında 3:0 hesabı ilə məğlub edən gəncəlilər güclülər dəstəsində 75-ci səfər qələbəsini qazanıb.

206-cı səfər görüşündə qalib gələn “Kəpəz” bununla da qələbə-məğlubiyyət sayındakı tarazlığı pozub. Belə ki. Onların hesabında 57 heç-heçə və 74 məğlubiyyət də var.

Səfər qələbələrinin sayında isə gəncəlilər 5-ci pillədədir. “Neftçi” 139, “Qarabağ” 101, “Turan” və “Bakı” hərəyə 78 dəfə rəqib meydanından 3 xalla dönə bilib.