“Qəbələ”dən tarixi qələbə
28.08.2011 - 23:12
“Qəbələ” klubu ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Toni Adamsın yetirmələri tarixində ilk dəfə “Qarabağ”ı səfərdə məğlub edib. 2006/07 mövsümündən güclülər dəstəsində çıxış edən Qəbələ təmsilçisi i cari mövsümədək 6 dəfə ağdamlıların qonağı olmuşdu. Bu matçlarda qələbə qazana bilməyən “Qəbələ” rəqibi ilə çempionatdakı 13-cü, səfərdəki 7-ci görüşdə bu seriyaya son qoyub. Premyer Liqamızın 4-cü turundakı 1:0 hesablı qələbə “Qarabağ”la qarşılaşmalarda ümumilikdə 3-cü, səfərdə isə ilk uğur olub.
0
0