Azərbaycan çempionatlarının 11-cisi
28.08.2011 - 23:16
Azərbaycan çempionatlarının 11-cisi
Azərbaycan Premyer Liqasının Iv turu Nadir Nəbiyev üçün əlamətdar hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu ölkə çempionatlarında 300-cü oyununu keçirib. “Turan” – “Simurq” matçında yubiley qeyd edən Nadir 300 həddinə 4 klubda keçirdiyi 16 mövsümdə nail olub. O, 32 turluq ötən mövsümü boşa verməsəydi daha yüksək mövqedə də qərarlaşa bilərdi.

1995/96 Turan (Tovuz) 3
1996/97 Turan (Tovuz) 27 8
1997/98 Turan (Tovuz) 23 2
1998/99 Turan (Tovuz) 25 10
1999/2000 Turan (Tovuz) 21 8
2000/01 Turan (Tovuz) 18 9
2001/02 Neftçi (Bakı) 22 5
2003/04 Neftçi (Bakı)
2003/04 Neftçi (Bakı) 21 11
2004/05 Turan (Tovuz) 30 11
2005/06 Neftçi (Bakı) 24 12
2006/07 Neftçi (Bakı) 24 9
2007/08 Neftçi (Bakı) 5
2007/08 Xəzər Lənkəran 6 3
2008/09 Standard (Bakı) 10 0
2008/09 Turan (Tovuz) 11 2
2009/10 Turan (Tovuz) 26 10
2010/11 Turan (Tovuz) 4 1
16 mövsüm 4 klub 300 oyun 101 qol


Nəbiyev ölkə çempionatlarında 300 səddini arxada qoyan 11-ci futbolçu olub.

1. Mahmud Qurbanov 406
2. Aslan Kərimov 382
3. Aqil Məmmədov 362
4. İsmayıl Məmmədov 351
5. Azər Məmmədov 349
6. Kənan.N. Kərimov 327
7. Mübariz Orucov 311
8. Müşfiq Hüseynov 305
9. Ədəhim Niftəliyev 303
10. Kamal Quliyev 302
11. Nadir Nəbiyev 300