“Bakı”nı yıxan futbolçu danışdı
28.08.2011 - 23:02
“Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin güclü olduğu məlum olsa da, səfərdən xalla qayıtmaq ümidini itirmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Gəncənin “Kəpəz” klubunun ukraynalı futbolçusu Yuri Fomenko deyib.
25 yaşlı futbolçu Azərbaycanda ilk açıqlamasını verib. “Bakı” - “Kəpəz” oyununda dubl edən futbolçu sevincini gizlətməyib: “Qalib gəlməyimizə baxmayaraq, oyun çox çətin keçdi. Əslində, biz öncəki oyunlarda da yaxşı mübarizə aparmışdıq. Qələbə qisməti bu günə imiş. Dubl etdiyimə görə sevinirəm. Amma bu təkcə mənim yox, bütün komandanın əziyyəti nəticəsində mümkün oldu. Bu işdə yoldaşlarım mənə kömək oldu”.
Fomenko oyundan öncə özü ilə fərdi söhbət apardığını deyib: “Bundan öncəki 3 oyunun iştirakçısı olsam da, qol vurmamışdım. Artıq fərqlənməyin vaxtı çatmışdı. Oyundan öncə qol vurmağın yollarını çox axtarmışdım. İnanıram ki, bu qolların davamı növbəti oyunlarda da gələcək. Milli komandanın oyunları ilə əlaqədar olaraq, çempionatda fasilə yaransa da, boşalmaq fikrim yoxdur. Həm komanda tərkibində, həm də fərdi planda hazırlaşıb daha yaxşı formaya düşmək arzusundayam”
Qeyd edək ki, Yuri Fomenko “Simurq”un sabiq çalşıdırıcısı Roman Pokoranın başçılıq etdiyi “Helius”dan “Kəpəz”ə transfer olunub. Forvardın sabiq komandası yerli çempionatın birinci dəstəsində mübarizə aparır.

0
0