Kapitandan şad xəbər
28.08.2011 - 23:05
AZAL – “Neftçi” görüşdə zədələndiyindən erkən əvəzlənən Aqil Nəbiyevdən şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in kapitanının zədəsi ciddi deyil.
Bu barədə saytımıza açıqlama verən 29 yaşlı müdafiəçi bildirib ki, hal-hazırda oynamaq iqtidarındadır: “Qarşıda milli komandanın beynəlxalq oyunları var. İnanıram ki, Foqts mənə dəvət göndərəcək. Zədəm ciddi deyil. Oynamaq imkanlarım daxilindədir. Sadəcə, ağrılar olduğuna görə oyunu tərk etdim”.
Qeyd edək ki, Aqilin zədələndiyi görüşdə AZAL Neftçi üzərində 3:1 hesablı qələbə qazanıb.

0
0