“İnter”i Karlson da xilas edə bilmədi
01.09.2011 - 08:24
Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" klubu hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Qori şəhərinin "Dila" klubu ilə qarşılaşıb. Təmsilçimiz rəqibinə 2:3 hesabı ilə məğlub olub. Paytaxt təmsilçisinin heyətində Girts Karlson dubl edib.
Qeyd edək ki, "İnter" növbəti yoxlama oyununu sentyabrın 3-də "VİT Corciya" klubuna qarşı keçirəcək.
Qeyd edək ki, "İnter" növbəti yoxlama oyununu sentyabrın 3-də "VİT Corciya" klubuna qarşı keçirəcək.
0
0