Vasilyev “Rəvan”la anlaşdı
02.09.2011 - 11:52
Vasilyev “Rəvan”la anlaşdı
Mövsümün əvvəlində heyətini estoniyalı qapıçı ilə gücləndirən “Rəvan” daha bir qapıçı ilə anlaşıb. Paytaxt təmsilçisinin baş məşqçisi Bəhman Həsənovun apasport.az saytına verdiyi məlumata görə, “Karvan”ın qapıçısı İvan Vasilyevlə razılıq əldə ediblər.

Əslində, debütantın qapıçı axtarışında olduğu gözlənilən idi. Çünki ilk turdan başlayaraq estoniyalı qolkiper Artur Kotenko ciddi səhvlərlə yadda qalıb. Onun “Kəpəz”lə matçdakı səhvləri komandasını məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, “Rəvan”ın ehtiyat qapıçısı Davud Kərimidir.