Azərbaycanlı hakim meydan sahiblərinə qarşı sərt oldu
02.09.2011 - 12:30
Azərbaycanlı hakim meydan sahiblərinə qarşı sərt oldu
Avro-2013-ün seçmə mərhələsinin növbəti oyun günündə futbolçularımızla yanaşı, hakimlərimiz də iş başında olub. Apasport.az saytının məlumatına görə, FİFA dərəcəli referi Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadası V qrupun Estoniya - İsveçrə matçını idarə edib.

Oyunda qapılara qol vurulmayıb. Həmyerlimiz qarşılaşmada 4 futbolçuya - estonlardan Marko Merits, Elvis Livamaqi, Maksim Paponova, rəqibdən isə Fabio Daprela sarı vərəqə göstərib.

Qeyd edək ki, görüşdə Vaqif Musayev və Yaşar Abbasov köməkçi hakim olublar. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.