Henri Lansburi: Hesab daha böyük ola bilərdi
02.09.2011 - 13:01
“Biz Avro-2013-ün seçmə mərhələsinə gözlədiyimizdən də yaxşı başladıq. Bu komandada hər birimizə əlavə ruh yüksəkliyi verir”. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə yığmasının (U-21) futbolçusu Henri Lansburi deyib.
“Arsenal”ın şərəfini qoruyan 20 yaşlı hücumçu Avro-2013-ün seçmə mərhələsi çərçivəsində baş tutan İngiltərə - Azərbaycan matçında dubl edib. O bildirib ki, milli komandamıza daha çox qol vura bilərdilər: “Oyun üstünlüyümüz şəraitində keçdi. Mən və komanda yoldaşlarım bir neçə epizodu boşa verməsə idi, hesab daha böyük ola bilərdi. Lakin vacib olan qələbəni qazandıq. Məqsədimiz final mərhələsinə yüksəlməkdir”.
Qeyd edək ki, ingilislər Uotfordda keçirilən görüşdə Azərbaycan yığmasının qapısından 6 cavabsız top keçiriblər.

0
0