“Neftçi” – “Qarabağ” oyununun vaxtı müəyyənləşdi
02.09.2011 - 12:44
“Neftçi” – “Qarabağ” oyununun vaxtı müəyyənləşdi
Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası I turun "Neftçi" - "Qarabağ" və IV turun "Sumqayıt Şəhər" - "İnter" matçları ilə bağlı qərarını verib.

"Sumqayıt Şəhər" - "İnter" matçı daha tez sentyabrın 14-də baş tutacaq. "Neftçi" - "Qarabağ" oyunu isə oktyabrın 25-də keçiriləcək.

Mənbə: pfl.az