Mahmud Qurbanov: Rəqibin arxayınlığından yararlana bilərik
02.09.2011 - 13:29
“Bizim bugünkü oyunda itirəcəyimiz heç nə yoxdur. Ancaq Belçikalılar üçün matç vacibdir. Çünki onlar qrupda ikinci yer uğrunda Türkiyə ilə mübarizə aparırlar. Bu baxımdan rəqibimizə 3 xal vacibdir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Mahmud Qurbanov deyib.
“Sumqayıt Şəhər”in şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində yığmamızın bu gün Belçika ilə keçirəcəyi görüşə münasibət bildirib: “Rəqib çox güclüdür. Sürətli futbol oynayırlar. Əksər futbolçuları güclü klublarda çıxış edirlər. Ona görə də bizim üçün 1 xal qazanmaq yaxşı nəticə hesab ediləcək. Bununla həm də Türkiyə yığmasına kömək etmiş olacağıq”.
Rəqibin oyuna köklənməsinin nəticəyə təsirindən danışan 37 yaşlı futbolçu doğma meydan amilinin də xeyrimizə olacağını deyib: “Bizi qiymətləndirmələrindən çox şey asılıdır. Ola bilsin, onlar yığmamızı ciddi rəqib saymasınlar və meydana arxayın çıxsınlar. Onda nəsə etmək olar. Həm də doğma meydanda oynayırıq. Azarkeşlər ajiotaj yaradırlar. Bundan maksimum yararlanmalıyıq”.
Qeyd edək ki, Qurbanov bu matça qədər rəqiblə baş tutan 3 oyundan 1-də iştirak edib.

0
0