Azərbaycan – Belçika oyunu 4 kanalda
02.09.2011 - 14:34
Azərbaycan – Belçika oyunu 4 kanalda
Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyunu 4 televiziya kanalı ilə yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya təkcə ölkəmizdə və Avropada deyil, Asiyada da maraq var. Belə ki, məşhur “Əl-Cəzirə” televiziyasının idman kanalı olan “Əl-Cəzirə Sport” da Bakıdakı matçı yayımlayacaq. Bundan başqa “Canvas” və “RTBF Le Deux” da oyunu öz tamaşaçılarını göstərəcək.

Qeyd edək ki, ölkəmzidə matçı AzTV kanalı canlı yayımlayacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.