Azərbaycan çempionatında 15 komanda
02.09.2011 - 15:02
Azərbaycan çempionatında 15 komanda
Bu gün AFFA-nın inzibati binasında I divizionun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə 15 komanda mübarizə aparacaq. Bu komandalardan 4-ü paytaxtı, qalan 11-i isə əyalətləri təmsil edir. Ötən illə müqayisədə reqlamentdə dəyişiklik edilib. Belə ki, I divizionun qalibi Premyer Liqaya vəsiqə qazanacaq. Sonuncu çempionatdan fərqli olaraq, bu dəfə ikinci pilləni tutan klub Premyer Liqanı 11-ci pillədə başa vuracaq komanda ilə pley-off oyunu keçirəcək. Evdə və səfərdə keçiriləcək bu oyunların nəticəsinə uyğun olaraq ikinci vəsiqənin sahibi müəyyənləşəcək. I divizonun oyunlarına sentyabrın 10-da və 11-də keçiriləcək I turla start veriləcək. İştirakçı komandaların sayı tək olduğuna görə, debütant “Lokomotiv” meydana çıxmayacaq.

I tur
“Şahdağ” (Qusar) – “Muğan” (Salyan)
“Şuşa” – “Tərəqqi” (Gəncə)
“Həkəri” (Qubadlı) – “Göyəzən” (Qazax)
“Karvan” (Yevlax) – MOİK (Bakı)
“MKT Araz” (İmişli) – “Şəmkir”
“Neftçala” – “Qaradağ Lökbatan” (Lökbatan)
“Bakılı” – “Energetik” (Mingəçevir)